Üniversite Yayınları, Baku, 2011
Azərbaycan
Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası
üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuş dərs
vəsaiti türk xalqlarının yeni və müasir dövrünün tarixinə həsr olunmuşdur.
Burada Rusiyanın Orta Asiyanı işğal etməsi, işğaldan sonra Rusiyanın bölgədə
yaratdığı hərbi-inzibati idarəetmə sisteminə, eləcə də Volqaboyu, Sibir və
Krımda həyata keçirilmiş burjua islahatlarına da yer verilmişdir. Eyni zamanda
türk xalqlarının Birinci və İkinci Dünya müharibələri dövründə sosial-iqtisadi
vəziyyətləri dərs vəsaitində öz əksini tapmışdır. Müasir dövrdə Azərbaycanın
türk dövlətləri ilə siysi əlaqə-ləri, türk dövlət başçılarının çoxtərəfli əlaqələr
sistemində iştirakı da işıqlandırıl-mışdır. Dərs vəsaitinin məzmunu “Türk
xalqalrının tarixi” fənninin proqramına uyğundur. “Azərbaycan tarixi” fənni
beynəlxalq münasibətlər ixtisasında ayrıca fənn kimi tədris olunduğundan dərs vəsaitində
Azərbaycn türklərinin tarixinə yer verilməmişdir.