QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİNİN ÇÖL-TƏDQİQATLARININ GÜNDƏLİYİ (1987-ci ilin materialları əsasında)


Creative Commons License

Cəfərov H.

Arxeologiya və Antropologiya İnstitutunun Nəşriyyat şöbəsinin mətbəəsi, Baku, 2024

  • Nəşrin Növü: Book / Research Book
  • Nəşr tarixi: 2024
  • Nəşriyyat: Arxeologiya və Antropologiya İnstitutunun Nəşriyyat şöbəsinin mətbəəsi
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Rəqəmsal Yaddaş Kolleksiyası
  • Adres: Bəli

Qısa məlumat

Bu kitabda müəllifin 1987-ci ildə, Sovetlər dönəmində, Sovet dövlət qanunları, siyasi-iqtisadi durumu, idarəetmə strukturu, təsər- rüfat sistemi, bir sözlə, sosializm quruluşunun bütün infrastrukturu- nun bir qədər zəifləsə də, hələki hegomonluğu dönəmində, Qara- bağda apardığı çöl-tədqiqatlarının monitorinqinin nəticələri çöl gün- dəliyi əsasında öz əksini tapmışdır.

Biz, 1987-1988-ci illərdə Qarabağın arxeoloji abidələrinin moni- torinqinin aparılmasını, xəritələşdirilməsini çox çətin şəraitdə icra et- mişdik. Bununla həm abidələrin xəritələşdirilməsini yerinə yetirmiş, həm də abidələrin imkan daxilində dəqiq siyahısını tərtib edərək elmi ictimaiyyətə və yerli icra orqanlarına təqdim etmişdik.

Bu tədqiqatları əks etdirən çöl gündəliyinin indiki dövrdə nəşr olunmasına bir neçə faktor təsir edir. Məsələ burasındadadırki, Qa- rabağa bu və ya digər səbəbə görə çöl tədqiqatlarına gedənlər çox- dan məlum olan arxeoloji abidələrin bəzilərini yeni aşkar olunmuş- lar kimi təqdim edir, bu halda köhnə adları bilmədikləri və ya bilə- rəkdən, onlara yeni ad verir, beləliklə dolaşıqlıq yaradırlar. Vacib olan daha bir faktor bizim 1987-ci ildə qeydə aldığımız Qarabağ abi- dələrinin böyük əksəriyyətinin erməni işğalları zonasında qalması, onlar haqqında indi heç bir yeni məlumatın olmaması ilə bağlı ol- muşdur. Sirr deyil ki, 30 ildən artıq bir vaxtda həmin abidələr haq- qında əyani təsəvvurə malik deyildik. XXI əsrdə Qarabağa səfər edənlərin heç birinin, obyektiv olaraq, həmin abidələrlə bağlı bilgisi yoxdur və ola da bilməz. Biz bu abidələri elmi dövrüyyəyə daxil et- məklə onlar haqqında əyani təsəvvür yaradırıq. Yəqin bu qədər sə- bəb göstərmək yetərli olar