DİL VƏ ƏDƏBİYYAT , no.1, pp.107-111, 2021 (Peer-Reviewed Journal)
Although some ideas have been put forward in Azerbaijani linguistics about elliptical sentences, their structural models, and their types according to the elliptical member, the role of such sentences as a means of expression of human feelings and thoughts in a certain psychological situation and their emotional functions have not been discussed. Elliptical sentences are sentences in which one or more main parts of a sentence, as well as structural elements (connectors, particles) are omitted, but can be easily reconstructed by analogy, adaptation to the context, situation or content of the sentence. At the same time, having an emotional-expressive tone, they gain different connotations as a result of interaction with the components of the text and emotional units. The article discusses the fact that elliptical sentences express emotional and evaluative meaning at the syntactic level, create dynamism in speech, natural conversation intonation, and perform the function of transmitting various emotions. In particular, the models of elliptical sentences formed by the reduction of certain parts of speech, which are the means of expression of the primary and secondary members, and sometimes the members of complex sentences, their use in dialogic speech, their position as a means of expression of emotions are considered.
Bu günə qədər Azərbaycan dilçiliyində elliptik cümlələr, onların quruluş modellləri, ellipsisə uğrayan üzvə görə onların növləri haqqında dilçilik ədəbiyyatında müəyyən fikirlər irəli sürülsə də, bu tip cümlələrin müəyyən bir psixoloji vəziyyətdə insanın duyğu və düşüncələrinin ifadə vasitəsi kimi rolundan, onların emotiv funksiyalarından bəhs edilməmişdir. Elliptik cümlələr cümlənin bir və ya bir neçə əsas üzvünün, eləcə də quruluş elementlərinin (bağlayıcılar, hissəciklər) buraxıldığı, lakin bənzətmə, uyğunlaşdırma yolu ilə kontekstə, situasiyaya və ya cümlənin məzmununa görə asanlıqla bərpa oluna bilən cümlələrdir. Bununla yanaşı, emosional-ekspressiv çalarlığa malik olmaqla, mətnin komponentləri və emotiv vahidlərlə qarşılıqlı əlaqə nəticəsində onlar müxtəlif konnotasiyalar qazanır. Məqalədə elliptik cümlələrin sintaktik səviyyədə emosional və qiymətləndirici məna ifadə etməsi, nitqdə dinamizm, təbii söhbət intonasiyası yaratması, müxtəlif emosiyaların ötürücüsü funksiyasın yerinə yetirməsindən bəhs edilir. Əsasən xəbər olmaqla, baş və ikinci dərəcəli üzvlərin, bəzən də mürəkkəb cümlə üzvlərinin ifadə vasitələri olan söz birləşmələrinin müəyyən hissəsinin ixtisarı ilə yaranan elliptik cümlə modelləri, onların dialoji nitqdə istifadəsi, emosiyların ifadə vasitəsi kimi mövqeyi nəzərdən keçirilir.