Prezident İlham Əliyevin zəfər paradında nitqi - ritorika, siyasət və qələbə


Creative Commons License

Ismayilzada G.

III. INTERNATIONAL CONGRESS OF MODERN STUDIES IN SOCIAL SCIENCES AND HUMANITIES, vol.5, pp.55-57, 2022 (Conference Book)

Qısa məlumat

Today it has become an urgent issue for everyone, regardless of social affiliation, to have a beautiful and perfect speech. President Ilham Aliyev, the perfect successor to the great leader, was able to clearly express this in his speech. All living and working in the Republic of Azerbaijan must know and speak the language of this state perfectly. The Supreme Commander is very distinguished among the presidents of the world by his oratorical speech. Consistent, fluent, restrained and at the same time contagious expression of thought, the repetition of special exclamation marks in different places of the text, political slang, which will be remembered in every speech, are the individual features of his speech. Taking into account all these features, the article analyzes from a rhetorical point of view the speech of the Supreme Commander-in-Chief Ilham Aliyev at the Victory Parade. 

Bu gün ictimai mənsubluğundan asılı olmayaraq hər bir kəsin gözəl və mükəmməl nitqə sahib olmaları günün aktual mövzusuna çevrilmişdir. Bunu Ulu öndərin mükəmməl davamçısı olan Prezident İlham Əliyev öz nitqi ilə aydın şəkildə ifadə edə bilmişdir. Azərbaycan Respublikasında yaşayan və işləyən hər bir şəxs bu dövlətin dilini mükəmməl bilməli və danışmalıdır. Ali Baş Komandan dünya prezidentləri arasında öz orator nitqi ilə çox fərqlənir. Fikrin ardıcıl, səlis, təmkinli və eyni zamanda sirayətedici ifadəsi, mətn daxilində xüsusi nida cümlələrinin müxtəlif yerlərdə təkrarı,hər bir çıxışında yadda qalacaq siyasi jarqonlar onun nitqinin fərdi xüsusiyyətləridir. Məqalədə bütün bu əlamətlər nəzərə alınmaqla Ali Baş Komandan İlham Əliyevin Zəfər Paradındakı nitqi ritorik baxımdan təhlil edilmişdir.