KATALİTİK OLEFİNLƏŞMƏ REAKSİYASI ƏSASINDA BENZOY ALDEHİDİ VƏ BƏZİ TÖRƏMƏLƏRİNİN FENİLHİDRAZONLARINDAN DİXLORDİAZABUTADİEN STRUKTURLU BİRLƏŞMƏLƏRİN SİNTEZİ


Niyazova A.

KİMYA PROBLEMLƏRİ, vol.2, pp.230-238, 2018 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 2
  • Nəşr tarixi: 2018
  • jurnalın adı: KİMYA PROBLEMLƏRİ
  • Jurnalın baxıldığı indekslər: Library
  • Səhifə sayı: pp.230-238
  • Adres: Yox

Qısa məlumat

Katalitik olefinləşmə reaksiyası əsasında benzoy aldehidi və bəzi törəmələrinin fenilhidrazonlarından dixlordiazabutadien strukturlu birləşmələr sintez edilmişdir. Sintez olunmuş birləşmələrin monokristalları əldə edilmiş və onların molekulyar quruluşları RQA metoduna əsasən təsdiq edilmişdir. RQA tədqiqatları əsasında Cl... Cl qarşılıqlı təsirlərin mövcudluğu və bəzi parametrləri müəyyən edilmişdir. Benzoy aldehidinə elektronakseptor nitro qrupun və flüor atomunun, fenilhidrazinəisə elektrodonor metil qruplarınındaxil edilməsi qeyri-kovalent əlaqələrin parametrlərinə təsir etmiş və bu əlaqələrkristal qəfəsin dizaynında, kristal qəfəsin həcmində, qəfəsdəki molekulların sayında və eyni zamanda digər fiziki parametrlərdəözünü əsaslı surətdə biruzə vermişdir. Bununla yanaşı, birləşmələrin tərkibində azo qrupun, heminal dixlorəvəzli ikiqat rabitəni, halogen əvəzli benzol nüvələrinin olmasına görə sintez olunan birləşmələrin fizioloji aktivlik göstərəcəyini də qabaqcadan fikir söyləmək olar. Açar sözlər: katalitik olefinləşmə reaksiyası, fenilhidrazon, diazabutadien, qeyri-kovalent əlaqə, benzoy aldehidi