BƏXTİYAR VAHABZADƏ POEZİYASINDA POETİK FİKRİN BEYNƏLMİLƏL GENİŞLİYİ


Creative Commons License

Əbdülhəsənov T.

Filologiya məsələləri, no.5, pp.463-467, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyini qeyd edirik.Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncamda deyilir: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədiiictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”.