QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI VƏ TURİZM SEKTORLARINDA MARKETİNQİN ƏHƏMİYYƏTİ


Creative Commons License

Muradova H.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS, no.1, pp.299-305, 2025 (Conference Book)

Qısa məlumat

Azərbaycanın işğaldan azad olunmuş əraziləri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları uzun illər düşmən işğalı altında qalmış, sosial-iqtisadi infrastrukturu demək olar ki, tamamilə dağıdılmışdır. Lakin 2020-ci il Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri bu bölgələrin iqtisadi potensialının yenidən reallaşdırılması üçün münbit zəmin yaratmışdır. Regionun əsas strateji sahələri kimi kənd təsərrüfatı və turizm xüsusi yer tutur. Kənd təsərrüfatı bu bölgədə əhalinin əsas məşğulluq sahəsi olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Digər tərəfdən, zəngin təbiəti, tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə fərqlənən bu bölgə ekoloji və mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. Hər iki sektorun uğurlu inkişafı isə müasir marketinq yanaşmalarının tətbiqindən asılıdır. Bu məqalədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı və turizm sektorlarında marketinqin əhəmiyyəti, tətbiq sahələri, mövcud imkanlar və qarşıda duran çağərəşlar elmi əsaslarla təhlil olunacaq. Açar sözlər: yenidənqurma tədbirləri, turizm sektoru, kənd təsərrüfatı, marketinq strategiyaları, təbliğat, təşviqat, strateji yanaşma