Azərbaycanın Vergi Jurnalı, no.1 (138), pp.29-38, 2019 (Peer-Reviewed Journal)
Məqalə Azərbaycanda vergi yükünün səmərəliliyinin Laffer metodologiyası vasitəsilə tədqiq olunmasına həsr edilmişdir. Bu məqsədlə Azərbaycanın 1995–2017-ci illəri əhatə edən
dövr üzrə vergi yükü və ÜDM göstəricilərindən istifadə edilmişdir. Müəyyən olunmuşdur ki, dövlət büdcəsinin vergi gəlirlərinin maksimum olması üçün ÜDM-in optimal vergi yükü
12,8% olmalıdır. Beləliklə, müşahidə olunan dövr üzrə hesablanmış optimal vergi dərəcəsi bu dövr üçün faktiki vergi yükünün orta göstəricisi (13%) ilə uyğunluq təşkil etmişdir.
Lakin səmərəliliyin daha da yüksəldilməsi üçün vergi dərəcələrinin az miqdarda aşağı salınması məqsədəmüvafiq hesab edilə bilər.