Müəllim, Baku, 2019
Bu kitab Azərbaycanda prioritet məsələ kimi qarşıya qoyulan ixracyönümlü şərab istehsalının elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə qələmə alınmış ilk tədqiqat işi olmaqla, şərabçılıq sənayesində fəaliyyət göstərən mütəxəssislər, şərabçı-texnoloqlar, şərabçılıqla məşğul olan elmi işçilər, bu sahədə təhsil alan tələbələr, magistrlər və doktorantlar, eləcə də ölkədə şərab turizminin inkişafı baxımından kiçik ailə şərabçılıq təsərrüfatlarının həvəskar şərabçıları üçün nəzərdə tutulmuşdur. Kitabda zonalar üzrə süfrə şərabları istehsalına yararlı texniki üzüm sortları, üzümün emalında yaranan biokimyəvi proseslər və lətin fermentasiyası, üzüm şirəsinin fermentasiyası zamanı baş verən oksidləşmə reduksiya prosesləri və onların tənzimlənməsi üsulları, Azərbaycanda süfrə şərabları istehsalında istifadə olunan yerli və introduksiya olunmuş texniki üzüm sortlarının texnoloji xarakteristikası, üzümün yetişməsinə nəzarət və məhsulun yığılması, üzümün yetişkənlik dövrünün laboratoriya, sahə və orqanoleptik üsullar ilə təyini meto dikası, qıcqırtma, şərabçılıqda sulfit turşusunun rolu, ağ və qırmızı süfrə şərablarının istehsal texnologiyası, kəmturş, kəmşirin süfrə şərabları və süfrə şərablarının fiziki kimyəvi tərkibinin təyini üsulları öz əksini tapmışdır.