Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfransın materialları, vol.292, no.4, pp.216-221, 2019 (Conference Book)
Otel sənayesi Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biridir. Otel xidmətlərinin keyfiyyəti otel məhsullarının rəqabət qabiliyyətini formalaşdırır. Məqalədə keyfiyyət idarəetmə sistemləri, xidmət standartları və otel xidmətləri üçün keyfiyyət idarəetmə sistemlərinin əsas aspektləri təsvir edilmişdir. Bu istiqamətdə mövcud problemlər araşdırılıb. Məqalədə mehmanxana məhsullarının formalaşmasına təsir edən amillərə də aydınlıq gətirilir. Məqalənin sonunda mehmanxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün tövsiyələr verilib.