Auditor tərəfindən maliyyə hesabatlarına və iş sənədlərinə ümumi baxışın məqsədləri


Creative Commons License

Hacıyeva A.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi xəbərləri” Cild 5, İyul-Sentyabr, Bakı, 2017 ci il, s.357-364., vol.416, no.5, pp.357-364, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Auditor həyata keçirdiyi audit prosedurlarının nəticəsində gəldiyi qənaətlərdən əlavə yetərli auditor sübutları təmin etmək məqsədilə maliyyə hesabatlarına ümumi baxış həyata keçirir. Bu sübutlar auditorun maliyyə hesabatlarına dair, xüsusilə də maliyyə hesabatlarının qüvvədə olan uçot standartlarına, qanunvericiliyə və digər normativ tələblərə uyğun təqdim edilib edilmədiyi barədə rəyin formalaşdırılmasına imkan verir.

Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa uyğun оlaraq mühasibat uçotunun metodikası mühasibat uçotunun vəzifələrinin həllini təmin edən metodlar, üsullar və qaydaların məcmusunu əks etdirir ki, bu da müəssisənin uçot siyasəti adlanır. Aydındır ki, müəssisə rəhbərliyi tərəfindən uçotun aparılmasının müəyyən olunmuş qaydası uçot siyasətində əks etdirilir. Odur ki, uçot siyasətinin hazırlanmasına qədər uçot və hesabat üzrə qaydalar, göstərişlər, təlimatlar və digər reqlamentləşdirici sənədlər dəqiq öyrənilməsi vacibdir.