ĠPLĠYĠN XARĠCĠ GÖRÜNÜġ QÜSURLARININ TƏHLĠLĠ ÜÇÜN ALQORĠTMĠN ĠġLƏNMƏSĠ, vol.6, pp.207-212, 2023 (Peer-Reviewed Journal)
1 Ġmanova Gültəkin Musa, 2Zeynalova M.S. Azərbaycan Dövlət Ġqtisad Universiteti, UNEC gimanova1964@gmail.com Xülasə.Məqalədə ipliyin qüsurlarının avtomatlaşdırılmış tanınmasının və adekvatlığının qiymətləndirilməsi məsələlərinə baxılmışdır. Müəyyənləşdirilmişdir ki, ipliyin xarici görünüş qüsurlarının avtomatlaşdırılmış təyinin nəticələrinin yazılışı və onların standart metoda nisbətən adekvatlığı isbat olunur və qüsurlar arasında məsafənin təyinini və ipliyin qüsurlarının avtomatlaşdırılmış təhlilinin proqram kompleksini realizasiya edən alqoritm və proqram təminatı işlənmişdir. Açar sözlər: adekvatlıq, qüsur, iplik, alqoritm, proqram kompleksi, proqram təminatı Təklif olunan metodun və onun standartına nisbətən adekvatlığının köməyi ilə ipliyin xarici görünüş qüsurlarının qiymətləndirilməsindən alınmış nəticələrin yazılışının yoxlanılması vacibdir. Bunun üçün bir sıra eksperimentlər aparılmışdır. Eksperimentlərin aparılması prosesində aşağıdakı növ pambıq ipliklər skaner olunmuşdur: -xətti sıxlığı 36×2 teks olan burulmuş pambıq ipliyi; -xətti sıxlığı 44 teks olan pnevmomexaniki üsulla alınmış pambıq ipliyi; -xətti sıxlığı 56 teks olan kətan ipliyi. İplik bobindən açılaraq lövhəyə sarınır və 300 dpi göstərişi ilə skaner edirik. Skanerin nəticəsində iplik nümunəsinin rəqəmsal görünüşü alınır. Proqram təminatının köməyi ilə tədqiq olunan iplik nümunəsinin xarici görünüşünün qüsurlarını və təmizlik sinfinin kəmiyyətcə qiymətləndirilməsini təyin edirik. Alınmış nəticələr isə faylda saxlanılır. Sadalanan işlər, yəni izahı yazılan metodika 22 dəfə təkrar olunur. Xətti sıxlığı 36×2 teks olan pambıq ipliyinin sınağından alınan nəticələri Y1u və Y2u seçimlərinə bölməklə 1 və 2 cədvəllərində göstəririrk. İpliyin xarici görünüşünün hər bir tanınan qüsurları üçün, yəni düyünlərin, nazikləşməsinin və qalınlaşmasının proqram kompleksindən alınan nəticələrinin yazılışı məqsədilə onların dispersiyasının müqayisə olunması vacibdir. Qüsurların hər bir növünün dispersiyasının müqayisəsi üçün ipliyin qüsurlarının sayının paylanması qanunu Sidjeli-Tyukinin qeyri-parametrik kriteriyası qəbul olunmuşdur [1,2]. Bu kriteriya iki ilkin qeyri-asılı seçimdən əmələ gələn variasiya sırasının rəqəmlər ranqının qəbuluna əsaslanır.