Bilik iqtisadiyyatı və onun formalaşması problemləri


Mazanova O.

SƏMƏRƏLI DÖVLƏT İDARƏÇILIYI: "ZAMANIN ÇAĞIRIŞLARI" Beynəlxalq Elmi Konfransın Materialları, Baku, Azerbaijan, 5 - 06 December 2011, vol.1, pp.392-395, (Full Text)

  • Nəşrin Növü: Conference Paper / Full Text
  • Cild: 1
  • Çap olunduğu şəhər: Baku
  • Ölkə: Azerbaijan
  • Səhifə sayı: pp.392-395
  • Adres: Bəli

Qısa məlumat

1980-ci ilin ortalarından etibarən, informasiya və telekommunikasiya texnologiyalarında baş verən inkişaf, iqtisadi həyatda radikal dəyişikliklərə səbəb olmuşdur. 1990-cı ilin ikinci yarısından İKT-dəkı irəliləyişlə bağlı olaraq, ABŞ-da aşağı səviyyəli inflyasiya və artan əmək məhsuldarlığı ilə birləşən güclü bir iqtisadi artım tendensiyası yaşanmışdır. İnformasiya texnologiyalarındakı sürətli inkişaf və bunun informasiya cəmiyyətinin formalaşmasında rolunun təhlili, ABŞ-da iqtisadçıları bu yeni sahəni araşdırmağa yönəltdi. İqtisadçılar yeni iqtisadiyyatın yaranmasını ABŞ-da informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirirlər. İqtisadiyyatı dəyişdirən və yeniləşdirən bilgi və ya informasiyadakı dəyişiklikdir. Başqa sözlə, yeni iqtisadiyyatinformasiya iqtisadiyyatıdır. Sənaye iqtisadiyyatında investisiyaların əsasını avadanlıqlar, fabrik və zavod binaları təşkil edirdisə, yeni iqtisadiyyatda investisiyalar əsasən informasiyanın artırılması, yayılması və insan zəkasının geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə istiqamətlənir.