Azərbaycan aqrar elmi, no.1, pp.122-128, 2019 (Peer-Reviewed Journal)
Aparılan elmi-tədqiqat işində müxtəlif üzüm sortlarından alınan şirələrin keyfiyyəti OIV (Beynəlxalq Üzüm və Şərab təşkilatı) tərəfindən də qəbul edilən, Kodeks tədqiqatlarında öz əksini tapan standart beynəlxalq metodlar tətbiq olunaraq öyrənilmişdir. Bu məqsədlə, 23 üzüm sortundan alınmış nümunələrdə pH, ümumi turşuluq, Brix, mineral maddə tərkibi (K, Mg, P, Na və Ca), toksiki elementlər (Cu, Zn, Fe və Sn) və ağır metal (Pb, Cd və As) analizləri aparılmışdır. Tədqiqatlar zamanı Abşeron şəraitində əkilib-becərilən bir sıra yerli və introduksiya olunmuş üzüm sortlarının bioloji və təsərrüfat-texnoloji xüsusiyyətləri ətraflı öyrənilmiş, genotiplərin əlamət və xüsusiyyətləri, o cümlədən onların perspektivliyi OIV ampelodeskriptorları vasitəsilə innovativ model əsasında rəqəmsal qaydada təyin edilmişdir. Məqalədə həmçinin süfrə və texniki üzüm sortlarının mexaniki və biokimyəvi göstəriciləri şirə istehsalı baxımından müqayisəli təhlil edilmiş, toksiki elementlərin miqdarı qida təhlükəsizliyi məqsədilə qiymətləndirilmişdir.