"QARABAĞ AZƏRBAYCANDIR!" TƏBLİĞATINDA DÖVLƏTİN STİMULLAŞDIRICI ROLU


Creative Commons License

Allahverdiyeva M.

İSCEMR, pp.1061-1077, 2022 (Conference Book)

Qısa məlumat

Qarabağ Azərbaycanın qədim tarixə malik bir bölgəsidir. Qarabağ özünün tarixi, maddi-mədəniyyət abidələri, incəsənət və musiqi mədəniyyəti ilə zəngindir. Onun gözəl təbiəti, iqlimi və təbii sərvətlərinin bolluğu həmişə müxtəlif ölkələrin marağında olmuşdur. Qarabağ dəfələrlə müxtəlif ölkələrin hücumlarına məruz qalmışdır. Xüsusilə bədxah qonşular “böyük ermənistan” xülyası ilə dəfələrlə Qarabağa hücum etmişlər. Bu torpaqların erməni torpaqları oluğunu dünyaya bildirmək üçün öz ermənipərəst, şovinist siyasətlərini həyata keçirtmək üçün yalançı, real olmayan təbliğatlarını həyata keçirməyə başladılar. Birinci Qarabağ müharibəsində onlar bütün Qarabağ ərazisində qan tökərək, bizim qədim ata-baba yurdumuzu işğal etdilər. Tam 30 il bu gözəl diyarımız işğal altında qaldı. Bütün dünya erməni lobbisinin , yalan təbliğatının səbəbi ilə onlara inandı. Bizim təbliğatımız isə bu torpaqların qədim Azərmaycan torpaqları olduğunu dünyaya çatdırmaq üçün kifayət deyildi. Qarabağ hər zaman Azərbaycanın ən doğma, ən gözəl təbiətə, özünəməxsus tarixə, mədəniyyətə məxsus olan ərazilərindən biridir və biri olaraq da qalacaqdır. Qalib bir ölkə olaraq Qarabağa sahiblənmək, onu dünyaya tanıtmaq vaxtıdır. Qarabağı görkəmli şəxsiyyətlərimiz Azərbaycanın mədəniyyət mərkəzinə çevirmiş, yurddaşlarımız daima burada yaşamış, yaratmışdı. Hər zaman öz doğma, əzəli torpaqlarına həssas yanaşaraq abadlıq işləri görmüş, əkib-becərmiş, mədəniyyət mərkəzləri qurmuşlar. Bir dövlət üçün öz torpaqları nə qədər əziz, doğma, hər zaman diqqət mərkəzində olarsa, Qarabağ ərazisi də Azərbaycan üçün tarix boyu diqqət mərkəzində və doğma olmuşdur. Bu torpaqları bizdən ayırmaqla, işğal etməklə, doğma vətəndaşlarımızın öz yurdyuvalarından köçkün salmaqla dərin bir ağrı-acı yaşatmışdılar bizə. Bu həsrət bizi Qarabağa daha da bağlamışdı.