UNEC, vol.6, pp.1-6, 2025 (Peer-Reviewed Journal)
Məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan lider kimi əbədilik qazanması barədə bəhs edilir. Ulu Öndər öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Məqalədə həmçinin Ümummilli Liderin xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı, bəxş etdiyi nailiyyətlər haqqında da qeyd edilib.