Filologiya məsələləri, no.9, pp.130-134, 2019 (Peer-Reviewed Journal)
Azərbaycan dilində elmi-texniki tərəqqi ilə bağlı terminologiya sahəsində də çox böyük işlər görülmüşdür. Bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq AMEA RH yanında terminologiya komissiyasında mühüm işlər görülmüşdür.Bu müddət ərzində elmin, demək olar bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə birbaşa əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əvvəllər əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa ,indi ingilis, türk, alman ki, bütün sahələrinə aid 60-a yaxın terminoloji lüğət nəşr olunmuşdur. Onların arasında həcmcə çox böyük izahlı, iki və üç dilli lüğətlər diqqəti cəlb edir: “Neft və qaz üzrə rusca-azərbaycanca-ingiliscə terminoloji lüğət"(2001, 754 səh.); “Rusca-azərbaycanca izahlı texniki terminlər” (2004, 774 səh); “Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti” (2004, 671 səh.); “İzahlı diplomatiya terminləri lüğəti” (2004, 283 səh.); “Ehtimal nəzəriyyəsi və riyazi-statistika ensiklopediyası” (2010, 1100 səh.); “İzahlı geologiya terminləri lüğəti” (2006, 686 səh.); “İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti” (iki cilddə 2008, 1600 səh.); “Mediada işlənən alınma sözlərin izahlı lüğəti” (2010, 256 səh.) Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi, Azərbaycan dilinin terminoloji arealını müasir metodlarla zənginləşməsini zəruri edir.
Açar sözlər:dilin lüğət tərkibi,termin,zənginləşmə,komissiya,elmi-texniki tərəqqi