NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA İQTİSADİ GÖRÜŞLƏR


Creative Commons License

Allahverdiyeva V.

DİL VƏ ƏDƏBİYYAT BEYNƏLXALQ ELMİ-NƏZƏRİ JURNAL, vol.1, no.118, pp.538-540, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

Dahi şair Nizami Gəncəvi yaradıcılığı özündə fəlsəfəni, psixologiyanı, mifologiyanı, hətta iqtisadiyyatı da birləşdirir. Nizami Gəncəvinin hər ifadəsində dərin bir məna yatır. O, ədəbiyyatı həyatın özü ilə bağlayırdı. Onun poemalarında, şeirlərində əks olunan ictimai-iqtisadi münasibətlər göstərir ki, dövrün əmək bölgüsü, ticarət, qiymət, pul və s. məsələlərə biganə qalmamışdır. Nizami Gəncəviyə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. O, alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsini vacib sayır. N.Gəncəvinin iqtisadi ideyaları Azərbaycan iqtisadi fikrinin inkişafında mühüm yer tutur. Nizami bazar qiymətləri, onlara təsir edən amillər haqqında maraqlı fikirlər söyləmişdir. Ticarət qanunları ilə bağlı fikirlərin də yer aldığı Nizami yaradıcılığında tacirlərin hüquqlarından da bəhs olunur. Məqalədə Nizami yaradıcılığındakı iqtisadi fikirlər obrazlarla əlaqəli şəkildə təhlil edilir.