Audit, pp.44-51, 2015 (Peer-Reviewed Journal)
Transmilli şirkətlərin rəqabətqabiliyyətliliyi əksər hallarda transmilli biznesin bütövlükdə rəqabət dərəcəsi ilə müəyyən edilməsi kimi nəticə çıxarmaq olar. Bu mövqedən çıxış edərək, bizim fikrimizcə, transmilli şirkətlərin rəqabətqabiliyyətliliyini xarici ticarət rəqabəti sistemində və bir də transmilli şirkətlərin özlərinin rəqabəti sistemində tədqiqatını aparmaq lazımdır. Qloballaşma şəraitində ildən-ilə iqtisadi subyektlərin inteqrasiya prosesləri güclənir. Bu özünü transmilli şirkətlərin dünya bazarında həm sayca, həm də keyfiyyətcə artmasında və onların dünya səviyyəsində iqtisadiyyatın əsas hissəsini təşkil etmələrində göstərir. Belə ki, transmilli şirkətlərin əsas məqsədi bütün dünya bazarlarında tam və inteqrasiya olunmuş iştiraka nail olmaqdır. Bu və digər problemlərin həllində transmilli şirkətlərin əsas aləti beynəlxalq marketinqdir.