“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLAR: NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR”, vol.8, pp.284-290, 2021 (Conference Book)
İntibah yolunda olan hər bir xalq dünya reallığına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bugünlər Azərbaycan xalqı Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin 98 illik yubileyinə hazırlaşır. Müstəqillik tarixinin şərəfli dövrünü yaşayan Azərbaycan bütün istiqamətlərdə özünün qazandığı möhtəşəm uğurlara görə Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə borcludur. Zaman keçdikcə dahi insanların, siyasətçilərin, liderlərin böyüklüyü və uzaqgörənliyi, bir sözlə əzəməti daha aydın olur, atalar demişkən: “dağdan uzaqlaşdıqca onun böyüklüyü, əzəməti daha aydın görünür”, başqa sözlə, Heydər Əliyev dövründən nə qədər çox vaxt keçirsə, onun ideyalarının möhtəşəmliyi, Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyəti daha da artır. Azərbaycanın iqtisadi və sosial inkişafı, iqtisadi təhlükəsizlik və dünya inteqrasiya sisteminə daxil olması dayanıqlı inkişaf strategiyasını əhatə edir. Bu baxımdan inkişafın əsas amili insan kapitalı, onun davranışı iqtisadi fəaliyyəti və mənəvi-maddi resursların artımına təsir edən bacarıqlı sistemi təşkil edir