Azərbaycan Texnologiya Universitetində keçirilmiş “ Qida və yüngül sənayenin aktual problemləri” Beynəlxalq Elmi-Praktik Konfransın materialları, Gəncə, no.1, pp.106-107, 2020 (Conference Book)
Azərbaycan iqtisadiyyatının qədim və ənənəvi sahəsi olan yüngül sənaye geniş potensiala malikdir. Yüngül sənaye müəssisələri, əsasən, pambıq, yun, ipək (barama), göndəri və kimyəvi liflər kimi xammal məhsullarının emalına əsaslanır. Bu sahədə aparılan islahatlar nəticəsində respublikada mövcud olan bütün yüngül sənaye müəssisələri səhmdar cəmiyyətlərinə çevrilərək özəlləşdirilməyə açıq elan edilmiş və bir çoxu artıq özəlləşdirilmişdir. Ölkədə kənd təsərrüfatı məhsullarının emalı sənayesini inkişaf etdirmək imkanları yüksəkdir və bu amil yeyinti sahəsinin inkişafı baxımından önəmli rol oynayır. Xüsusilə, heyvandarlıq kompleksində ağartı məhsullarının alınması ilə MDB və Avropa bazarına çıxmaq mümkündür. Həmçinin taxılçılıq və əsas növ yeyinti məhsulları ilə daxili bazarı təmin etdikdən sonra xarici bazarlara çıxmaq perspektivləri genişlənir. Yeyinti məhsullarının rəqabətqabiliyyətliyinin təmin edilməsi üçün ilk növbədə bioloji komponentlərlə zəngin yerli xammaldan istifadə etməklə məhsulların mənimsənilməsi; məhsulun bioloji dəyərliliyinin və dad keyfiyyətinin təmin edilməsi, məhsulun qablaşdırılması ucun tara və avadanlıqlarla təminatın gucləndirilməsi, məhsulların sterilləşdirilməsi metodlarının tətbiqi; xammalın emala daxil olmasından başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər butun proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması; məhsulun saxlanması, nəqli və emalı zamanı itkilərin azaldılması, xammalın kompleks istifadəsi, təkrar xammal resurslarının emalı və əlavə yeyinti məhsullarının alınması; istehsal edilən məhsulların keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, yüngül sənayesi müəssisələrinin modernləşdirilməsi və yenidən qurulması ucun investisiya qoyuluşlarının həcminin artırılması vacib amillərdəndir.