AZƏRBAYCAN DİLİNİN QƏRB DİALEKTLƏRİNİN TƏDQİQİ


Creative Commons License

Əmrahova M.

Filologiya məsələləri, no.3, pp.68-75, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə  Azərbaycan dilinin Qərb dialektinə aid olan Gəncə şivəsi, əfşar şivəsinin araşdırma tarixi haqqında geniş məlumat verilmişdir.  Gəncə şivəsinin tədqiqi ilə məşğul olan dilçi alim Əhməd Cəfəroğlunun türk dialektlərinin öyrənilməsi sahəsində əvəzolunmaz xidmətləri olmasından bəhs olunur.  İ.Həsənovun “Gəncə dialektinin leksikası” ” (Heyvandarlıq və əkinçilik terminləri) adlı dissertasiyası Gəncə, Xanlar və Goranboy (keçmiş Qasım İsmayılov) rayonlarının ayrı-ayrı kəndlərindən heyvandarlıq və əkinçilik sahələri üzrə toplanmış materiallar əsasında yazılmışdır. Tədqiqatçı dissertasiyada Gəncə şivələrində müşahidə edilən terminləri sahələr üzrə qruplaşdırılmış, sadə, düzəltmə və mürəkkəb terminləri, onların leksik-semantik xüsusiyyətlərini də  aydınlaşdırılmışdır.  Eyni zamanda məqalədə E. Allahverdiyevin Azərbaycan dilinin Qarabağ şivələri qrupuna aid yazılmış tədqiqat işlərinə də istinad olunmuşdur. Müəlllifin yazdığı  “Qarabağ dialektinin əfşar şivəsi” 1990–1992-ci illərdə E. Allahverdiyev Ağcabədi rayonunun Afşar, Qaravəlli, Zəkərəli, Xındarx, Hacıbədəlli, Xusulu və Xocavənd kəndlərində ekspedisiyalar apararaq Afşar şivəsinə dair zəngin və dəyərli dil materialları toplamışdır. Əsərdə əfşar şivəsinin özünəməxsus səciyyəvi cəhətlərinin, onun ədəbi dilimizə, eləcə də digər şivələrimizə uyğun gələn və  fərqlənən xüsusiyyətlərinin aşkara çıxarılmasına, leksik tərkibində nəzərə çarpan işlək leksik vahidlərin və termin səciyyəsi daşıyan sözlərin sahələr üzrə qruplaşdırılıb.