vol.10, pp.486-490, 2025 (Conference Book)
Bazar münasibətləri əsasında inkişafa keçiddən
sonra qida məhsulları istehsal edən müəssisələrin idarə edilməsi də dəyişikliyə uğramış və hazırda bu müəssisələr
bazar tələbi əsasında fəaliyyətlərini təşkil edib idarə etməyə çalışırlar. Bu məqsədlə
sözügedən müəssisələr fəaliyyətlərində
bazar yönümlü idarəetmə konsepsiyası kimi marketinqi tətbiq edir, lakin buna
baxmayaraq, marketinqin mahiyyətinə dair heç də müəssisənin bütün işçilərində kifayət qədər təsəvvür
yoxdur. Orta və böyük ölçülü qida məhsulları istehsal edən müəssisələrin bəzilərində
marketinq xidmətinin fəaliyyət göstərməsinə baxmayaraq, sözügedən xidmətin müəssisənin başqa bölmələri ilə əlaqələri
ya zəifdir, ya da demək olar ki, yoxdur.
Nəticədə qida məhsuları istehsal edən müəssisələrin
bazara təklif etdiyi məhsulların
istehlak xassələrinin bir sıra hallarda istehlakçı tələbinə uyğun olmaması və bu
səbəbdən istehlakçıların müəssisəyə və onun məhsullarına sədaqətinin azalması müşahidə edilir. Bu, qida sənayesi
müəssisələrinin inkişafını ləngidən marketinq problemidir və sözügedən
problemin aradan qaldırılması müəssisədə marketinq təşkilati mədəniyyətinin yüksəldilməsini
tələb edir. Bunun üçün müəssisədə
formalaşmış marketinq təşkilati mədəniyyəti qiymətləndirilməli və yeni dəyərlər
əsasında marketinq təşkilati mədəniyyəti formalaşdırılmalıdır.