Current situation and development prospects of the economy of Turkmenistan


Niftiyev İ.

UNEC Ekspert, vol.1, pp.56-58, 2023 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 1
  • Nəşr tarixi: 2023
  • jurnalın adı: UNEC Ekspert
  • Səhifə sayı: pp.56-58
  • Adres: Yox

Qısa məlumat

Türkmənistan da digər postsovet ölkələri kimi Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1991-ci ildə parçalanmasından sonra bir çox sosial-iqtisadi çətinliklərə düçar oldu, lakin tədricən yaranmış şok vəziyyətindən çıxa bildi. SSRİ dövründə Türkmənistan digər ittifaq ölkələrinə təbii qaz ixrac edirdi və pambıq istehsalı ilə məşhur idi. Müstəqillik dövrü başlayan kimi ticarət əlaqələrinin itirilməsi, enerji və suvarma sistemlərindəki problemləri xüsusilə vurğulamaq olar ki, Türkmənistanın ənənəvi iqtisadi əlaqələrini sarsıtdı və bir neçə il artan, sürətlə pisləşən işsizlik və yoxsulluq probleminin əsasını qoydu. Bütün bunlara rəğmən, həm SSRİ dövründə yaradılmış nəqliyyat, kommunikasiya və enerji infrastrukturları, həm də Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi sayəsində bir çox çağırışların və problemlərin (məsələn, ekoloji, yoxsulluq) həlli üçün nəzərəçarpan addımlar atılmış oldu.