Milli iqtisadiyyatın inkişafında innovasiyaların rolu


Creative Commons License

Hüseynova N.

Scientific Reviews in UNEC, vol.4, no.4, pp.117-122, 2016 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 4 Say: 4
  • Nəşr tarixi: 2016
  • jurnalın adı: Scientific Reviews in UNEC
  • Səhifə sayı: pp.117-122
  • Adres: Yox

Qısa məlumat

Tədqiqat işində qarşıda duran məqsəd Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın əsası olan yeni texnologiyaların tətbiqi sahəsində innovasiyaların elmi nəzəri-metodoloji əsaslarını, həmçinin milli innovasiya sisteminin və innоvasi-yaların tətbiqinin xüsusiyyətləri və оnların idarə оlunmasının şərtlərinin təkmilləşdi-rilməsi elementlərini müəyyən etməkdir. Tədqiqat işi əsaslı və sistemli təhlil üsulları əsasında yerinə yetirilmişdir. Tədqiqatın məhdudiyyətləri: daha geniş praktik infor-masiya tələb edir. Tədqiqat nəticəsində məlum olur ki, ölkənin elmi cəmiyyəti əhali-nin həyat fəaliyyətində oriyentasiyaedici funksiyanı yerinə yetirir, bütövlükdə elmi kompleks isə texnologiyaları müasirləşdirmək və dəyişmək əsasında iqtisadiyyatın inkişafını təmin edir. Ölkə elminin və innovasiya sferasının inkişaf miqyası və sürəti respublika potensialının dünya elmi-texniki tərəqqisinin səviyyəsinə uyğunluğunu təmin etməlidir. Tədqiqatın elmi yeniliyi və orijinallığı: bu gün hər bir dövlətin qlo-bal əsasda inkişafının təmin edilməsində, iqtisadiyyatın dinamik əsaslı inkişafında elm və texnologiyanın, innovasiyaların rolu müstəsna əhəmiyyətə malikdir. Həmçi-nin innovasiyalı inkişaf iqtisadi tarazlığı təmin edir, milli iqtisadiyyatın rəqabət qa-biliyyətini müəyyənləşdirir.