QLOBALLAŞMA PROSESİ, İQTİSADİ TRANSFORMASİYA VƏ DƏYİŞİKLİKLƏRİN İDARƏ OLUNMASI (dərs vəsaiti)


Creative Commons License

Quliyev M.

Bakı – “Müəllim” nəşriyyatı, Baku, 2021

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2021
  • Nəşriyyat: Bakı – “Müəllim” nəşriyyatı
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Kitab, Məqalə, Rəqəmsal Yaddaş Kolleksiyası
  • Adres: Bəli

Qısa məlumat

Dərs vəsaitinin əhatə dairəsi genişdir. Bu vəsaitdə qloballaşma və iqtisadi
sistemin transformasiyası prosesində təşkilati dəyişikliklərin planlaşdırılması və həyata
keçirilməsi ilə bağlı nəzəri və praktiki məsələlərə, həmçinin əsas mülahizələrə ümumi
baxış verilir. Dəyişikliklərin biznes fəaliyyətinə təsirinə, təşkilati dəyişiklik təşəbbüs
lərinin müvəffəqiyyətini təmin edə biləcək addımlara və dəyişikliklər zamanı
qarşılaşılan ümumi maneələrin aradan qaldırılması yollarına diqqət yetirlir. Əlavə
olaraq, bu vəsaitdə biznesin transformasiyasına dövlət dəstəyinin aktual məsələləri,
müasir sürətli qlobal dəyişikliklərin nəticələri və gələcəyə baxış işıqlandırılır.
Dərs vəsaitində, həmçinin dəyişikliklərin dizaynı, tətbiqi və izlənilməsi ilə bağ
tələb olunan müasir bilik və səriştələr, strateji forsayt proqramlarının əhəmiyyəti,
müasir dövlət idarəetməsinin və həmçinin biznes fəaliyyətinin gündəliyində duran
aktual məsələlər öz əksini tapmışdır.
Dərs vəsaiti ali məktəblərin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan
bakalavr və magistr pilləsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Həmçinin
qloballaşma, biznesin transformasiyası, dəyişikliklərin idarə edilməsi sahəsində zəruri
biliklər əldə etmək üçün müvafiq tədris və təlim proseslərində istifadə edilə bilər.