QLOBALLAŞMA VƏ REGİONAL İNTEQRASİYA Respublika elmi konfransının materialları, vol.1, no.300, pp.121-123, 2016 (Peer-Reviewed Journal)
Milli iqtisadiyyatın tərkib hissələrindən biri də informasiya texnologiyaları və rabitə xidmətidir. Rabitə xidmət sferasına daxil edilməklə milli iqtisadiyyatın inkişafında böyük əhəmiyyətə malikdir. Elmi-texniki tərəqqinin hazırkı inkişaf mərhələsində dünyada baş verən iqtisadi proseslərə aid məlumatların toplanması, əldə edilməsində, istehlaçıya ötürülməsində ən önəmli vasitə Rabitə və İnformasiya texnologiyaları sistemi sayılır. Milli iqtisadiyyatın tərkib hissələrindən olan informasiya texnologiyaları və rabitə xidmətləri insanın hər hansı təlabatını ödəyən əmək fəaliyyətinin səmərəli nəticəsi hesab edilir. Xidmət maddi formada deyil, fəaliyyət formasında təqdim edilən nemətdir. Fəaliyyət sahəsi kimi göstərilən informasiya texnologiyaları və rabitə xidməti uzun tarixə malikdir. Qədim xidmətlər sırasına yeni xidmət növləri də daxil edilmişdir. Onların meydana gəlməsi bir sıra hallarda elmi-texniki tərəqqinin informasiya-telekommunikasiya xətlərinin inkişafı, digər hallarda isə əsas xidməti əsaslandırmaq üçün yeni xidmətlər təcrübəsi tətbiq edilir.