Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitutu, “Elmi əsərlər” toplusu №5, Bakı, 2018 ci il, s.24-29., vol.30, no.5, pp.24-29, 2018 (Peer-Reviewed Journal)
Tədqiqatın əsas məqsədi auditor yoxlaması zamanı təsərrüfat subyektinin fəaliyyətinin fasiləsizliyinin
qiymətləndirilməsi sisteminin formalaşması və inkişafı ilə əlaqədar baş verən proseslərin araşdırılması və bu
sistemin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr verməkdən ibarətdir. Bu məqsədlə təşkilatın
fəaliyyətinin fasiləsizliyi prinsipinin gözlənilməməsini səciyyələndirən maliyyə əlamətlərinin təhlili metodikası
verilmişdir. Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həmin əmsalların məlumatları üzrə ciddi
kənarlaşma təşkilatın təsərrüfat fəaliyyətinin qənaətbəxş olmadığını səciyyələndirir və fəaliyyətin fasiləsizliyi
prinsipinin gözlənilməsinə təhlükə yarandığını xəbərdar edir. Məqalədə Azərsu ASC-nin maliyyə hesabatların-
dan istifadə olunaraq maliyyə təsərrüfat fəaliyyətinin fasiləsizliyi qiymətləndirilmişdir.
Açar sözlər: maliyyə hesabatları, auditor yoxlaması, fasiləsizlik ehtimalı, maliyyə göstəriciləri, əməliyyat
göstəriciləri, nisbi əmsallar, kəmiyyət göstəriciləri.