DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEV FENOMENİ


Creative Commons License

Babayev İ.

GEOSTRATEGİYA, vol.7, no.4, pp.31-37, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Müasir dünyada prezident idarəetmə forması kifayət qədər geniş yayılmış idarəetmə formasına çevrilmişdir, buna görə də Şərqi Avropa ölkələrində prezidentliyin xüsusiyyətləri maraq predmetini təşkil edir. Bu problematikanı Polşa, Rumıniya, Slovakiya, Bolqarıstan, Çexiya, Macarıstan və s. kimi nisbətən vahid siyasi sistemlər kontekstində öyrənmək olar. Bundan başqa, müasir dünyada prezidentlik problemi ona görə aktualdır ki, prezident, dövlət başçısı kimi, öz fəaliyyəti ilə geniş dövlət təyinatlı məsələləri əhatə etdiyinə görə xüsusi yer tutur. Bu institutun öyrənilməsi həmin ölkələrdə baş verən siyasi və konstitusiya dəyişikliklərinin mahiyyətini, orada formalaşan siyasi rejimlərin xüsusiyyətlərini daha yaxşı başa düşməyə, həmçinin keçid prosesini təkcə siyasi sistemin dəyişməsi kimi deyil, həm də milli xüsusiyyətləri və ənənələri mövcud modellərlə sintez etmək və yeni institusional mexanizmlər axtarmaq cəhdi kimi başa düşməyə imkan verir. Bütün bunlar Şərqi Avropa ölkələrində prezidentliyin xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş təqdim olunan məqalənin mövzusunun aktuallığını təsdiq edir.