AZƏRBAYCAN DİLİNİN TERMİNOLOGİYASINDA YENİ ELEMENTLƏRİN ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQİ


Creative Commons License

Hümbətəliyeva S.

Terminologiya məsələləri, no.2, pp.104-109, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi və tətbiqinin genişləndirilməsi dilçilik elminin ən aktual məsəllərindən biridir. Azərbaycan dilinin terminoloji sistemində elə növ terminlərə rast gəlmək olar ki, onlar ayrı-ayrılıqda iki elementdən ibarət olub, bir terminoloji məna ifadə edir və belə terminoloji birləşmələr dilimizdə geniş surətdə yayılmışdır. Yeni elementlərin söz birləşmələri şəklində dilimizdə işlənməsi texniki proses və avadanlığın bu və ya digər tərəfini, onun ayrı-ayrı hissələrini, iş prosesini, xarakteristikasını və s. məfhumları ifadə edir. Yeni elementlərin terminoloji birləşmələrin tərkibində işlənməsi və tətbiqi Azərbaycan dilinin terminologiyasında müxtəlif variantlarda özünü büruzə verir.