Filologiya məsələləri, no.9, pp.101-105, 2011 (Peer-Reviewed Journal)
Məlumdur ki. Azərbaycan Respublikasında mövcud olan dialekt və şivələrin öyrənilməsi dilçiliyin aktual problemlərindən biridir. Dialekt və şivələrin lüğət tərkibinin tədqiqi xalqımızın tarixi, adət və ənənələri ilə bağlı dil faktlarının aşkar olunmasında xüsusi əhəmiyyət daşıyır.Dialektologiya ilə məşğul olan alimlərimiz Qərbi Azərbaycanın bir sıra ərazilərinin dialekt və şivələrini araşdırsalar da onları konkret bir ləhcəyə daxil etməmişlər. Filologiya elmləri doktoru, professor İbrahim Bayramovun “Qərbi Azərbaycan şivələrinin leksikası” əsəri göstərir ki, müəllif Qərbi Azərbaycan şivələrinin Azərbaycan dialekt və şivələri sistemində öyrənilməsinin tərəfdarıdır. Müəllif bu əsərdə Qərbi Azərbaycan şivələrinin iki yarımqrupunu müəyyənləşdirmişdir: 1.Qərb şivələri: Çəmbərək, Karvansaray, Basarkeçər, @Böyük Qarakilsə, Dağ Borçalısı (Çalaloğlu Kalinino) Ağbaba, Quqark rayon ərazilərinin şivələri; 2. Cənub şivələri: - Dərələyəz, İrəvan, Zəngibasar, Vedibasar, Qarakilsə, Meğri, Qafan rayon şivələri. Müəllif Qərbi Azərbaycan şivələrinin Azərbaycan dialekt və şivələri içərisində yeri üzərində xüsusi dayanır və bu şivələrin dialekt və şivələrimizin həm qərb, həm də cənub qrupuna oxşar xüsusiyyətlərini müəyyənləşdirir ki, bu da dialektalogiya üçün xüsusi elmi əhəmiyyət kəsb edir. Tədqiqatçının gəldiyi qənaət elmi faktlara söykəndiyi üçün inandırıcı görünür. Açar sözlər:dialekt,inkişaf,tədqiqatçı alim,problem,dilin lüğət tərkibi