Təbii resursların dayanıqlı idarə edilməsi


Creative Commons License

Əskərova M.

Other, pp.1-30, 2024

  • Nəşrin Növü: Other Publication / Other
  • Nəşr tarixi: 2024
  • Səhifə sayı: pp.1-30
  • Açıq Arxiv Kolleksiyası: Digər Nəşrlər
  • Adres: Bəli

Qısa məlumat

Təbii resursların dayanıqlı idarə edilməsi” fənni əsas fənnlər siyahısına daxil olmaqla, bakalavr pilləsində təhsil alan tələbələrə ekoloji şüuru inkişaf   etdirmək bacarıqlarını təkmilləşdirməyi öyrədir. Kursun mənimsənilməsində onlar təbii ehtiyatlardan səmərəli istifadə etmək  bacarıqlarına sahib olacaqlar. Fənndə təbii resurslardan səmərəli istifadənin üsulları ilə bağlı elmi təsəvvür formalaşdırılır, resusrların hərtərəfli istifadəsinə yönəlmiş kompleks tədbirləri və modelləri tələbələrə təqdim edilir və o cümlədən, iqtisadiyyatın davamlı inkişafa uyğun ekoloji üsullarla  həyata keçməsi əsaslandırılır.

Bu fənnin öyrənilməsi cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin optimallaşma üsullarını başa salır, tələbələrə ekoloji qanunauyğunluqları, təbii mühitə təsirin mənbələrini, təbii resurs potensialından səmərəli istifadənin ekoloji idarə edilməsini, təbii və antropogen amillərin yaratdığı mürəkkəb ekocoğrafi  problemlərin təhlili və onların həlli yollarını, ətraf mühitin mühafizəsinin ekoloji stimullaşdırılmasını və s.-nin əhəmiyyətini öyrədir və gələcəyin ekoloqlarına hərtərəfli ekoloji biliklər verməklə bu fənnin daha dərindən öyrənilməsini zəruri məsələlərdən hesab edir.     

Fənn coğrafiya, biologiya, iqtisadiyyat, ekologiya, statistika, tarix  və digər  elmlərlə əlaqədardır.