İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYANIN TƏDRİSİNDƏ MÜASİR YANAŞMALAR


Creative Commons License

Əmrahova M.

Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, no.1, pp.268-272, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Xülasə. Məqalədə işgüzar və akademik kommunikasiya fənninin tədrisində müasir yanaşmalardan və təlim üsullarından söz açılır. Qeyd olunur ki, işgüzar və akademik kommunikasiya müasir cəmiyyətdə sosial və peşəkar münasibətlərin əsasını təşkil edir. Hər iki sahə həm şəxsi, həm də kollektiv səviyyədə effektiv ünsiyyətin qurulmasında mühüm rol oynayır. Bu kommunikasiya növlərinin tədrisi, tələbələrin həm peşəkar, həm də akademik dünyaya daxil olmalarını asanlaşdırır. Müasir tədris metodları bu sahədəki bacarıqların inkişafını təmin edərək, tələbələrə əmək bazarına uyğunluq qazandırır və elmi sahələrdə uğurlu fəaliyyət göstərmək üçün zəruri bilik və bacarıqları aşılayır.  Açar sözlər: işgüzar kommunikasiya, akademik kommunikasiya, tədris üsulları, müasir yanaşmalar, təlim nəticələri