The role of verbal and non-verbal communication in business communication


Creative Commons License

Əhmədova S.

I International Scientific and Practical Conference , vol.131, pp.45-50, 2025 (Conference Book)

Qısa məlumat

Ünsiyyət cəmiyyətin üzvü olaraq digər insanlarla qarşılıqlı təsirin xüsusi bir forması olub, insanların sosial münasibətləri əsasında formalaşır. Ünsiyyət insanlar, sosial qruplar, icmalar arasında məlumat, təcrübə, qabiliyyət və fəaliyyətin nəticələrinin mübadiləsinin aparıldığı qarşılıqlı əlaqə prosesidir. Son dövrlər işgüzar məsələlərə ayrılan diqqət onun tərkib hissəsinə daxil olan kommunikasiya probleminə də maraq oyatmışdır. Müasir dünyamızın inkişafı işgüzar söhbətlərin də formalaşmasına və inkişafına təsirini göstərmişdir. İşgüzar münasibətlərdə işgüzar ünsiyyətin qaydalara uyğun nizamlanması əsas amillərdəndir. İlk növbədə işçi və ya rəhbər arasında olan dialoqda ünsiyyət əsas rol oynamaqdadır. Müasir dövrün tələbləri ünsiyyəti və onun formaları - verbal və qeyri-verbal formalarla bağlı məsələləri aktual edir.
Açar sözlər: ünsiyyət, verbal, qeyri-verbal, işgüzar, işçi