Home Reading Guide W.S Maugham "The Painted Veil" Audio/ video Textbook for B1 and b2 level students


Ələkbərzadə S.

LetterPress, Baku, 2010

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2010
  • Nəşriyyat: LetterPress
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Kitab
  • Adres: Bəli

Qısa məlumat

Hörmətli oxucu,

 

Dil, ədəbiyyat hər bir xalqın tarixin, mədəniyyətin, mənəvi dəyərləri oxucuya təqdim edir. 

 

Bir müəllim olaraq, ingilis dilinə olan sevgimdən tələbələrim üçün XX əsrin ən görkəmli nasirlərindən biri, məşhur ingilis yazıçısı Uilyam Somerset Moemin 1925-ci ildə qələmə aldığı “The Painted Veil” (“Naxışlı örtük”) əsərinə 2010-cu ildə müraciət etdim. Qeyd edim ki, əsərin məzmunu zəngin olsa da, bu kitab bir necə ədəd olaraq, köhnə, vərəqləri cırıq, solğun, tökülmüş bir neçə kopiyadan kopiya olmuş,oxunması mümkün olmayan, A4 vərəqinə bürünmüş versiyada bir kitabxanada mövcud idi.

 

 Öz vəsaitim hesabına bu əsərin orijınalığın qoruyaraq yeni nəfəs verib nəşriyyat evində çap etdirdim (yazıçı haqqında məlumat yenilənib və əsərin şərhləri genişləndirərək, həm azərbaycan, həm də rus dillərinə tərcümə olunub.) və həmin əsərə  dilin inkişafında rol oynayan 4 bacarıqlar üzrə canlandıraraq, dərs vəsaiti yazdım. Kitabın üz hissəsin adına uyğun zövqlə seçməyə çalışmışam.

 

Müəllifi olduğum  audio-video disklərlə təmin olunmuş “Home- Reading Guide” W. S. Maugham The Painted Veil dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin  29 mart 2010- cu il tarixli 330 saylı əmri ilə  İngilis dili tədris olunan universitetlərdə bakalavr pilləsinin B1+- B2 səviyyələrinin tələbələrinin ev oxusu məşğələləri üçün dərs vəsaiti kimi tövsiyyə olunmuşdur.

Kitabın təqdimatı keçirilib və bir çox ali təhsil müəssisələrindən olan prorektor, dekanlar və müəllimlər iştirak edib."Zerkalo", Azərtac qəzetləri  yenilik olaraq  əsər+ dərs vəsaiti + disk komplekt  kitablar haqqında məlumat işıqlandırıb. 

 

Dərs vəsaiti ingilis dilində yazılıb, Azərbaycan və rus bölmələrində təhsil alan tələbələr ondan səmərəli şəkildə faydalana bilərlər. Bir çox universitetlərin müəllimləri, tələbələri əldə edib və xoş rəylər bildiriblər. Ali təhsil müəssisələrinin kitabxanalarının böyük marağına səbəb olub. Həmin komplekt- kitablar Lomonosov adına universitetin, Azərbaycan Universitetinin müəllim və tələbələri tərəfindən istifadə olunur, M.F. Axundov, Prezident kitabxanalarında, ADA, Azərbaycan Dillər Universitetlrinin resurs mərkəzlərində  də mövcuddur. Böyük  Britaniyanın Azərbaycandakı səfirləri, bu kitab haqqında xoş rəylərin bildiriblər.

 

 Dərs vəsaitinin  əsas məqsədi tələbələrin söz ehtiyatını zənginləşdirmək, dilin tədrisində mühüm rol oynayan hər dörd dil bacarıqları: Nitq, Oxu, Dinləmə, Yazı bacariq və vərdişlərini  mükəməlləşdirmək, tələbələrdə tənqidi təfəkkürü inkişaf etdirmək,onlara əsərdə cərəyan edən fikirlərin dərinliyini hiss etdirməkdir. Kitabın sonunda s. 90-109-dək hər bölməyə uyğun olaraq  dil daşıyıcılarının ifasında  diskə yazılmış Eşidib-anlama - Listening Comprehension bölümü verilib. Sonda, tələbələr xarici dildə müzakirəyönümlü tənqidi təfəkkürü inkişaf edərək ”The Painted Veil” əsərinə çəkilmiş filmə tamaşa edə bilərlər.

 

Hörmətlə,

 

dosent, f.ü.f.d. Sevinc Ələkbərzadə