XIX yüzilliyin 40-cı illərində Quzey Azərbaycanda müstəmləkə rejiminə qarşı xalq çıxışları tarixindən.


Qurbanov R.

vol.10, no.4, pp.393-402, 2004 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 10 Say: 4
  • Nəşr tarixi: 2004
  • Səhifə sayı: pp.393-402
  • Adres: Bəli

Qısa məlumat

XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın müxtəlif bölgələrində baş vermiş, ilk növbədə çarizmin müstəmləkə rejiminə qarşı çevrilmiş güclü üsyanlardan sonra müstəmləkəçilər öz dəst-xətlərində az da olsa, müəyyən dəyişikliklər etməyə məcbur oldu. Komendant idarə üsulunun ləğvi Rusiyada mövcud olan idarəçilik sisteminin Cənubi Qafqazdakı rus müstəmləkələrində tətbiqi nəticəsində 40-cı illərin antimüstəmləkə çıxışları 30-cu illərlə müqayisədə nisbətən sakit keçmişdi. Lakin bu heç də o demək deyildi ki, çarizmə qarşı azadlıq hərəkatı tamamilə dayanmışdı. Əksinə, çarizmin müstəmləkəçilik siyasəti 40-cı illərdə də xalq azadlıq hərəkatının canlanmasına səbəb olmuşdu. Bu kimi canlanmalar 1843-1844-cü illərdə özünü daha bariz şəkildə göstərmişdi.