AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏN KEÇƏN BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZLƏRİNİN İNKİŞAFI


Creative Commons License

İsmayılova G.

GEOSTRATEGİYA, no.2(80), pp.168-171, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan - 2020: gələcəyə baxış“ İnkişaf Konsepsiyasında Azərbaycan Respublikasının nəqliyyat, tranzit və loqistika infrastrukturunun təkmilləşdirilməsi məsələsinə də baxılmışdır. Konsepsiyanın işlənib-hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasını regionun ticarət mərkəzinə çevirməkdir. Bunun üçün ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etmək, tranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Nəticədə isə, ölkənin istehsal və investisiya mərkəzi kimi cəlbediciliyi artacaq, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açılacaqdır. Yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcəkdir.

Açar sözlər: tranzit, loqistika, nəqliyyat-ekspedisiya xidmətləri, Şərq-Qərb nəqliyyat dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi, beynəlxalq yük daşımaları, intermodal daşımalar, TRASEKA.