“Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı, Baku, Azerbaijan, 19 July 2023, vol.427, pp.357-360, (Full Text)
Açar sözlər: akademik natiqlik, ünsiyyət prosesi, elmi fəaliyyət, metodlar, kommunikasiya. Məqalədə elmi bilik növlərinin hər birinin müəyyən dil vasitələrindən istifadə edərək, elmi mətnlərdə təqdim olunmasından, metodlar, vasitələr və s. bəhs olunur. Qeyd edilir ki, akademik natiqlik elmi ünsiyyətin müxtəlif vəziyyətlərində aktualdır. Müəyyən bir elm nümayəndələrinin öz aralarında ünsiyyət prosesində yaradıcı elmi fəaliyyət səviyyəsinə görə bərabərdirlər. Həm müəllif, həm də dinləyici elmi fəaliyyətlə peşəkarlıqla məşğul olan insanların xüsusi birliyinə – elmi cəmiyyətə aiddir. Həmçinin məqalədə akademik nitqin bir fəaliyyət kimi elmə xidmət edən xüsusi bir dil növü olması da vurğulanır. Bu cür fəaliyyətlərin zəruri tərkib hissəsi – elmi kommunikasiyadır. Elm xüsusi bir fəaliyyət sahəsi kimi reallıq proseslərinin və hadisələrinin obyektiv təsvirini, izahını və proqnozunu hədəf alır.