Tikintinin iqtisadiyyatı və menecment, Elmi-praktiki jurnal, vol.3, pp.53-56, 2025 (Peer-Reviewed Journal)
Məqalə süni intellektin (SI) tarixi, inkişaf mərhələləri, uğurları, cəmiyyətin, o cümlədən insan həyatına olan təsirlərini araşdırır. Müştəri xidmətləri, sağlamlıq, maliyyə, logistika, turizm və təhsil kimi müxtəlif sahələrdə asüni intellektin istifadəsi, əməliyyatların optimallaşdırılması, xidmətlərin fərdiləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə genişlənir. Süni intellektin xidmət sahələrinə tətbiqi, həm müəssisələrə, həm də müştərilərə üstünlüklər təqdim edərkən, sektorlarda inqilabi dəyişikliklərə yol açır. Bu məqalədə, süni intellektin bu sahələrdəki ilk tətbiqləri və onların gələcək perspektivləri müzakirə ediləcək. Açar sözlər: süni intellekt, generativ süni intellekt, texnoloji inqilab, qlobal rəqabət.