İqtisad universiteti nəşriyyatı, Baku, 2015
Dərs vəsaiti "Çoxişlənən malların texnologiyası mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitində pambığın qurudulması və saxlanılması prosesləri eləcə də, bu məqsədlə tətbiq olunan quruducu qurğuların quruluşu və iş prinsipləri haqqında geniş məlumat verilir.