Cooperation, vol.2, no.4, pp.146-153, 2024 (Peer-Reviewed Journal)
Tədqiqat kiçik və orta biznesin (KOB) iqtisadi inkişafdakı rolunu, onun inkişaf meyillərini və proseslərini araşdırmağa yönəlmişdir. Azərbaycanın mövcud iqtisadi sistemi üçün biznesin davamlı inkişaf prinsiplərinin tətbiqi, iri, orta və kiçik biznes arasında effektiv qarşılıqlı əlaqənin formalaşdırılması və yeni iqtisadi təmayüllərin qiymətləndirilməsi əsas şərtlərdən biri kimi nəzərdən keçirilir.
Tədqiqatın metodologiyası ümumi elmi yanaşmalar, tarixi və məntiqi təhlil, struktur və sistem-funksional metodlar, həmçinin müqayisəli təhlilin vəhdəti əsasında qurulmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri əldə olunan nəticələrdən öz idarəetmə və inkişaf strategiyalarında istifadə edə bilərlər.
Tədqiqatın nəticələri KOB subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi, eləcə də bu sahədə mümkün yeni inkişaf təmayüllərinin araşdırılması və əsaslandırılmasını əhatə edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi kiçik və orta biznesin nəzəri aspektlərinin sistemləşdirilməsi, onun prioritet idarəetmə funksiyalarının dəqiqləşdirilməsi və KOB subyektlərinin təkmilləşdirilməsinə dair yeni təkliflərin hazırlanması ilə xarakterizə olunur.