Azərbaycan dilində arxaizmlərin mənşəyi və onların etimoloji xüsusiyyətləri


Creative Commons License

Hümbətəliyeva S.

Filologiya məsələləri, no.141, pp.113-117, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Qazi Bürhanəddinin “Divan”ında təkcə semantik söz qrupları yox, eləcə də arxaik sözlər də öz üslubi çalarlığı və rəngarəngliyi ilə də seçilir. Arxaik sözlər “Divan”ın dilini zənginləşdirən əsas söz qrupları kimi əvvəldən – axıradək diqqəti cəlb edir. Öz spesifik xüsusiyyətləri ilə seçilən arxaizmlər, sanki, “Divan”da bir topuluq yaratmışlar. “Divan”da olan nümunələri nəzərdən keçirikdə,  elə bil ki, bir axıcılıq, zəriflik diqqəti cəlb edir.Qazi Bürhanəddinin əsərlərinin leksik tərkibində olan müasir dil üçün arxaikləşmiş sözlər dilçilik nöqteyi-nəzərincə ən maraqlı lüğət vahidlərindəndir.Bu sozlərin hər birinin ədəbi dildə fərdi inkişaf tarixi olduğu kimi onlıarın dildən silinməsinin də fərdi xarakter tarixi vardır. 
Açar sözlər:arxaik sözlər, divan, etimologiya, Azərbaycan dili, semantika.