Salman Əli oğlu Nəcəfov 1976-cı
ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə 61 №-li orta məktəbi
bitirib. Həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna (indiki Azərbaycan
Dövlət İqtisad Universiteti) daxil olub, 1997-ci ildə “İqtisadi və sosial
planlaşdırma” ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə “İqtisadiyyatın
tənzimlənməsi” ixtisası üzrə magistr pilləsini bitirib. 2019-cü ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru
elmi dərəcəsi alıb. 2020-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində elmlər
doktoru proqramı üzrə «qiyabi dissertanturada» doktorantıdır.
1999-2009-cu illərdə İqtisadiyyat
Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi,
2009-2014-cü illərdə Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Dövlət Universiteti
və Turizm Universitetində müəllim vəzifəsində çalışır, 2015-ci ildən etibarən
isə Azərbaycan Dövlət İqtisad
Universiteti nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
- salman.najafov@unec.edu.az
- Web Page
- https://avesis.unec.edu.az/salman.najafov
- Mobile Phone
- +994 050 529 48 67