Filologiya məsələləri, no.3, pp.31-38, 2021 (Peer-Reviewed Journal)
Müxtəlif ərazilərdə məskunlaşmasına, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, bu xalqın dili milli və orijinal xüsusiyyətlərini qorumuş, özünü başqa dillərin assimilyativ təsirindən xilas edə bilmiş, lakin bəzi yad ünsürlərin təsirinə də məruz qalmışdır. Axısqa türkləri lap qədim zamanlardan başqa dillərin əhatəsinə düşsə də, tarixən əldə etdiyi orijinal milli keyfiyyətlərini dilin bütün səviyyələrində qoruyub saxlamışdır. Həmin xüsusiyyətlərin üzə çıxarılıb elmi şəkildə öyrənilməsi önəmlidir. Axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək, etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə müxtəlif türk tayfa izlərinin Axısqa antroponim və toponimlərində qorunub saxlanması qanunauyğunluqlarını müəyyən etmək, Türkiyə türkcəsi və Azərbaycan dili ilə axısqalıların dili arasındakı oxşar və fərqli cəhətləri dəqiqləşdirmək, müxtəlif dil hadisələrinin spesifikliyini üzə çıxarmaq, onomastikanın tipikliyi və onun dəyişdirilməsinə təsir edən faktorları qeyd etmək mühüm şərtlərdəndir. Axısqalıların dilinin səs sistemi, lüğət tərkibi və qrammatik quruluşunun özünəməxsus əlamətlərini araşdırıb üzə çıxarmaq, qədim proforma və derivatları müəyyən etmək, asemantik elementlərin varlığını göstərmək, dildə analitikliyin üstünlüyünü müəyyənləşdirmək, sintaksis quruluşda özünü göstərən nisbi sərbəstliyin səbəblərini öyrənmək, “Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə bağlı uyğunluqları meydana çıxarmaq, leksik layın milli orijinal xüsusiyyətlərini müəyyənləşdirmək kimi məsələlərin tədqiqi zəruri amillərdən biridir. Açar sözlər: onomastika, antroponim, tarix, quruluş, semantika.