QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİ ƏN QƏDİM ZAMANLARDAN b.e. IV ƏSRİNƏ QƏDƏR


Creative Commons License

Cəfərov H.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI XƏBƏRLƏR İCTİMAİ ELMLƏR SERİYASI NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN TRANSACTIONS SERIES OF SOCIAL SCIENCES, vol.17, no.65, pp.4-19, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycanın yaşayış üçün əlverişli təbii- coqrafı şəraiti qədim daş dövründən (paleolit) burada insanların məskunlaşmasına imkan ver­ mişdir. Təsadüfi deyildir ki, Azərbaycanın bütün bölgələrində tarixin müxtəlif dövrlərinə aid çox­ saylı arxeoloji abidələr aşkar edilir. Bu abidə­ lərin ən qədimlərinin yaşı milyon illərlə ölçülür.

Arxeoloji abidələrlə çox zəngin olan Azər­ baycan bölgələrindən biri də Qarabağdır. Kür və

Araz çayları arasında yerləşən bu bölgənin yaşa­ yış üçün çox əlverişli iqlimi və münbit torpaqları vardır. Qarabağ bütün tarixi dövrlərdə Azərbay­ canın ayrılmaz hissəsi olmuşdur. Ən qədim daş dövründən başlayaraq bütün sonrakı dövrlərdə

də bu bölgənin maddi mədəniyyəti Azərbayca­ nın digər bölgələrinin maddi mədəniyyəti ilə ey­ niyyət təşkil edir. Qarabağ toponimi isə xalis türk mənşəli olub orta əsrlərdə yaranmışdır [8; 31; 39, s.H3;36, s. 120-123; 11, s. 133].

Antik və ilk orta əsrlər dövrlərində Qa­ rabağ ərazisi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkibinə daxil idi. XVI­ XVII əsrlərdə Qarabağ mərkəzi Gəncə olan bəylərbəyliyi kimi Azərbaycanın Səfəvilər döv­ lətinin tərkibinə daxil olan dörd bölgəsindən bi­ ri olmuş və XVIII əsrdə bu bəylərbəylik əsasın­ da Qarabağ xanlığı yaranmışdı [31; 8].

Aran (düzən) və dağlıq hissələrdən ibarət olan Qarabağın bütün ərazisi tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələrlə zəngindir.

Qarabağ bölgəsi arxeoloji abidələrinin daha yaxşı öyrənilməsi ilə də seçilir. Bu abidələr hə­ lə XIX əsrdən tədqiqatçıların diqqətini cəlb et­ mişdir. Qarabağın arxeoloji abidələri haqqında ilk dəfə ətraflı məlumatı S.Veyssenqof vermiş­ dir [14, s. 64-69]. Təkcə Azərbaycanda deyil

bütün Avrasiya ərazisində ən qədim insan məs­ kənləri də Qarabağda aşkar edilib öyrənilmişd­ ir. 1891-1898-ci illərdə Şuşada Realni məktə­ bində müəllim işləyən mənşəcə alman olan E.Resler Qarabağda tunc dövrünə aid çoxlu qəbir abidələrini qeydə alaraq tədqiq etmişdi.

Buraya Şuşa və atrafı, Daşaltı, Çanaxçı, Mehti- kənd, Axuaxı, Ballıqaya, Sırxavənd, Xaçınçay, Qarabulaq, Gülablı və s. daxildir. Onun Xocalı qəbiristanlığında apardığı tədqiqatlar daha çox diqqəti cəlb edib [5, s. 6-7]. 1896-cı ildə Moskva Arxeologiya Cəmiy­ yəti tərəfindən Cənubi Qafqaza ezam olunan A.A.İvanovski Xocalıda və bir sıra başqa qə­ dim abidələrdə arxeoloji qazıntılar aparmışdır [22, s. 143-187].

Qarabağın arxeoloji abidələrinin öyrənil­ məsində əsas dönüş 1926-cı ildə başlandı. O za­ man Azərbaycanı Tədqiq edən və Öyrənən Cə­ miyyətin rus alimi akademik İ.İ.Meşşaninovun başçılığı və azərbaycanlı alimlərin (İ.Cəfərzadə, Ə.Ələkbərov) iştirakı ilə təşkil etdiyi xüsusi ar­ xeoloji ekspedisiya Qarabağın arxeoloji abidəl­ ərinin planlı şəkildə öyrənməyə başladı. Bu ekspedisiya Qarabağın Xocalı nekropolu kom­ pleksində və ona yaxın ərazidə kurqan və daş hörgülü (daş sənduqə) qəbir abidələrini tədqiq etmişdi.

Akademik İ.İ. Meşşaninovun rəhbərliyi ilə 1927-1933-cü illərdə Mil-Qarabağ düzənliyində və Dağlıq Qarabağda daha geniş arxeoloji təd­ qiqatlar aparılmışdı [30, s. 217-240].