ANAS, pp.5-9, 2020 (Peer-Reviewed Journal)
Məqalədə dünya bazarlarında yaranmış qeyri-sabit şəraitdə, çağırışlara qarşı
dayanıqlılığın qorunub saxlanılması vasitəsi kimi, Azərbaycan milli iqtisadiyyatı üçün idxal
əvəzinin aktual problemləri tədqiq edilmişdir. Bununla yanaşı, makroiqtisadi səviyyədə idxal
əvəzinin strukturunda hədəf kimi qəbul edilən əsas istiqamətlər işlənib hazırlanmış və tətbiq
edilməyə təklif olunmuşdur. Müəlliflər hesab edirlər ki, ölkə iqtisadiyyatı üçün vacib olan bu
istiqamətlər üzrə idarəetmə qərarlarının vaxtında qəbul edilməsi, Azərbaycan
Respublikasında iqtisadi proseslərin inkişaf dinamikasının keyfiyyət və kəmiyyət
göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması üçün əsas olmalıdır.
Açar sözlər: milli iqtisadiyyat, makroiqtisadi proseslər, iqtisadi sistemlər, kapitalın
effektivliyi və idxalin əvəz olunmasi