AZƏRBAYCAN IX-XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ Metodik vəsait


Creative Commons License

Süleymanov N.

ADPU-nun mətbəəsi , Baku, 2019

  • Publication Type: Book / Textbook
  • Publication Date: 2019
  • Publisher: ADPU-nun mətbəəsi
  • City: Baku
  • Open Archive Collection: Book, Digital Heritage Collection
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

IX əsrdə Ərəb xilafətinin tərkibində olan ölkələrdə azadlıq uğrunda müharibələrin genişlənməsi Abbasilər imperiyasının zəifləməsinə və parçalanmasına səbəb olurdu. IX-XI əsrlərdə Azərbaycan ərazisində də xilafətə tabe olmayan müstəqil feodal  dövlətlər yaranmış və fəaliyyət göstərmişdir. Ümumiyyətlə, IX-XIII əsrin əvvəlləri Azərbaycan ərazisində yeni müstəqil feodal dövlətlərin yaranması ilə əlamətdardır. Həmin dövrdə Azərbaycan ərazisində Şirvanşahlar (861-1538), Sacilər (879-941), Salarilər (941-981), Rəvvadilər (981-1054/65), Şəddadilər (971-1088), Atabəylər (1136-1225) dövlətləri mövcud olmuşdur. Həmin dövlətlərin tarixinin, regionda baş vermiş tarixi proseslərin və hadisələrin öyrənilməsi vətən tarixinin çox mühüm məsələlərindəndir. Metodik vəsaitdə IX-XIII əsrin əvvəllərində mövcud olmuş dövlətlərin yaranması, daxili və xarici siyasəti, həmin dövrdə Azərbaycan mədəniyyətinin təkamülü araşdırılmış, təhlil edilmiş və ümumiləşdirilmişdir. Metodik vəsaitdən ali məktəblərin müvafiq kurslarında “Azərbaycan tarixi” fənnindən mühazirə və seminar məşğələlərinin keçirilməsində istifadə edilə bilər.