IMPROVEMENT OF ORGANIZATION OF THE STATE FINANCIAL CONTROL ON SOCIAL SPHERE IN THE MODERN PERIOD


Creative Commons License

Həkimova Y.

THE V INTERNATIONAL SCIENTIFIC CONFERENCE DEDICATED TO THE 110th ANNİVERSARY OF RASUL RZA Modern Science and Technology İnnovations , Stockholm, Sweden, 25 - 26 June 2020, vol.1, no.1, pp.294-299, (Full Text)

  • Publication Type: Conference Paper / Full Text
  • Volume: 1
  • City: Stockholm
  • Country: Sweden
  • Page Numbers: pp.294-299
  • Open Archive Collection: Conference Paper
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Xülasə: Müasir dövrdə maliyyə nəzarəti dövlətin idarəolunmasının ən mühüm funksiyalarından birini təşkil edir. Nəzarət inzibati, iqtisadi və ya hüquqi xarakterə malik ola bilər. Lakin idarəetmənin funksiyaları içərisində maliyyə nəzarəti funksiyasını xüsusi qeyd etmək lazımdır. Beləki, dövlət nəzarət orqanları təsərrüfat subyektlərinin fəaliyyəti üzərində nəzarət aparmaqla həm onların, həm də ölkə vətəndaşlarının mənafeyini qorumuş olurlar. Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektləri geniş təsərrüfat sərbəstliyinə malikdirlər. Lakin bu o demək deyildi ki, onlar həyata keçirdikləri bütün istiqamətlərdə fəaliyyətləri üçün məsuliyyət daşımamalıdırlar. Onlar öz maliyyə resurslarından məqsədli, qənaətlə və təyinatına istifadə olunması üçün qanunla məsuliyyət daşıyırlar, çünki bütün maliyyə nəticələrinin mühasibat (maliyyə) hesabatlarında düzgün və real əks etdirilməsi üzərində maliyyə nəzarəti aparılır. 

Bazar münasibətləri şəraitində müxtəlif mülkiyyət formalarının inkişafı, dövlət idarəetmə sistemində və eləcə də müəssisələr və regionlar arasında baş verən dəyişikliklər nəzarətin səmərəliliyinin artmasını, nəzarət işinin yenidən qurulmasını və onun yeni metodlarının işlənilib hazırlanmasını tələb edir. Belə bir şəraitdə təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə nəzarəti böyük əhəmiyyət kəsb edir.