Lizinq aqrobiznesin kreditləşməsinin effektiv üsulu kimi


Mahmudova V.

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Elmi Əsərləri -4, vol.5, no.4, pp.83-87, 2013 (Peer-Reviewed Journal)

Qısa məlumat

XÜLASƏ

          Aqrar sahənin mövsümü xarakter daşıması və kreditqaytarma qabiliyyətinin aşağı olması ucbatından kommersiya bankları kənd təsərrüfatı istehsalçılarına kredit verməyə maraqlı deyil. Digər tərəfdən kommersiya banklarının kredit faizlərinin yüksək olması kənd təsərrüfatı müəssisələrinə imkan vermir ki, özlərinin maddi-texniki bazasını yüksək texnoloji maşın və avadanlıqlarla təkmilləşdirsinlər.

          Aqrobiznesin maliyyələşdirilməsinin ən effektiv üsullarından biri maliyyə lizinqindən istifadə edilməsidir.

Məqalədə aqrobiznesin maliyyə infrastrukturunun inkişafının mövcud vəziyyəti ətraflı təhlil edilərək qiymətləndirilmiş, kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsində lizinq xidmətindən istifadənin genişləndirilməsi yolları müəyyənləşdirilmişdir.

Açar sözlər: kənd təsərrüfatı, kreditləşmə, investisiya, lizinq maliyyələşməsi