VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) “DAİRƏVİ İQTİSADİYYAT VƏ DAYANIQLI EKOSİSTEM”, vol.1098, pp.581-588, 2025 (Conference Book)
Bu araşdırmada kiçik və
orta biznesdə (KOB) motivasiyanın rolu və onun müəssisələrin davamlı inkişafına
təsiri araşdırılır. Məqalənin məqsədi motivasiya anlayışını nəzəri əsaslarla
izah etmək, işçilərin məhsuldarlığını artırmaq üçün effektiv motivasiya
üsullarını müəyyənləşdirmək və bu üsulların tətbiqinin biznes nəticələrinə təsirini
dəyərləndirməkdir.Araşdırmada analitik və müqayisəli təhlil metodlarından
istifadə olunmuşdur.Tədqiqat çərçivəsində Masloun ehtiyaclar iyerarxiyası nəzəriyyəsi,
Herzbergin iki faktorlu nəzəriyyəsi və Vroomun gözləntilər nəzəriyyəsi kimi əsas
motivasiya modellərinə istinad edilmişdir. Əldə olunan nəticələr göstərir ki,
maddi və qeyri-maddi motivasiya amillərinin düzgün birləşməsi işçi məmnunluğunu
artırır və əmək məhsuldarlığını yüksəldir.Azərbaycanda KOB sektorunun inkişafı
dövlət proqramları çərçivəsində gücləndirilir və bu çərçivədə motivasiya sistemlərinin
təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məqalənin elmi yeniliyi ondan
ibarətdir ki, motivasiya anlayışı yalnız fərdi səviyyədə deyil, həm də
institusional müstəvidə - dövlət siyasətinin tətbiqi fonunda qiymətləndirilmişdir.Bu
yanaşma, mövcud ədəbiyyatda rast gəlinən ənənəvi tədqiqatlardan müəyyən dərəcədə
fərqlənərək, KOB-ların idarə edilməsində motivasiyanın strateji rolu ilə bağlı
yeni baxış bucaqları təklif edir. Tədqiqatın nəticələri
göstərir ki, motivasiya sistemlərinin düzgün tətbiqi kiçik və orta biznes
subyektlərində əmək məhsuldarlığının artmasına, kadr sabitliyinin təmin
olunmasına və ümumi təşkilati səmərəliliyin yüksəldilməsinə mühüm təsir göstərir.
Maddi və qeyri-maddi stimulların balanslı inteqrasiyası işçilərin motivasiya səviyyəsini
artırmaqla yanaşı, müəssisənin dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin
gücləndirilməsinə töhfə verir.
Açar sözlər: İşçilərin motivasiyası, KOB, əmək məhsuldarlığı, maddi və qeyri-maddi həvəsləndirmə, iqtisadi artım
JEL Kodları:M12,L26,J24